• 22 Dekabr 2024 23:27

Rusiyalı silah mütəxəssisi məhv edildi

Rusiyanın Ukraynada istifadə etdiyi “Kh-59” və “Kh-69” raketlərinin modernizasiyası ilə məşğul olan silah mütəxəssisi Mixail Şatski Moskva yaxınlığında yerləşən meşədə güllələnib. 

 

Tacxeber.com xəbər verir ki, o, “Mars” silah istehsalı və modernizasiyası şirkətinin əməkdaşı olub.

 

Şatskinin evi öldürüldüyü əraziyə 10 dəqiqəlik məsafədə yerləşir.

 

Rusiya rəsmiləri hadisə ilə bağlı Ukraynanı təqsirləndirir. Lakin konkret sübutlar yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər