• 22 Dekabr 2024 12:49

Kerç boğazında daha bir tanker qəzası – Gəmi 2 yerə bölündü

 

Kerç boğazında neft məhsulları daşıyan ikinci tanker batıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

 

Bundan əvvəl mətbuatda “Volqoneft 212” markalı mazut daşıyan tankerin qəzaya uğraması barədə məlumatlar yayılmışdı. Tankerdə 13 ekipaj üzvü olub. Onlar gəmini tərk edə biliblər.

 

“Volgoneft 239”un da oxşar zərər gördüyü bildirilir. Pis hava şəraiti səbəbindən dalğalar onun yan hissəsini qıraraq gəminin iki yerə bölünməsinə səbəb olub.

 

Mənbənin məlumatına görə, gəminin göyərtəsində 14 dənizçi olub. Onlar və birinci gəminin ekipaj üzvləri indi sudadırlar. Onları “Merkuri” yedək gəmisi, həmçinin xilasedicilərin olduğu bir helikopter götürməlidir. Hazırda 8 nəfəri xilas etmək mümkün olub. Onların heç bir xəsarətinin olmadığı qeyd edilir.

 

Bu dəfə hadisə şahidləri yanacağın dağılmasının izlərindən danışıblar. “Baza” “Telegram” kanalının məlumatına görə, hər iki tankerin göyərtəsində səkkiz min tondan çox neft və mazut var.

Tacxeber.com

Oxşar xəbərlər