• 22 Dekabr 2024 16:07

“Şimali Koreya qoşunlarının hücumları nə ilə bitəcək?” – ISW

“KXDR əsgərləri Kursk vilayətində nəzərəçarpacaq itkilərə məruz qalıb…”

Şimali Koreya qoşunları döyüş əməliyyarları zamanı aldığı dərsləri nəzərə almağa qadirdir, lakin əsgərlərin rusiyalı hərbçilər səviyyəsində tükəndirilməsi şəraitində bu, xeyli pisləşəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Dekabrın 14-də Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, rusiyalı hərbçilər Şimali Koreya əsgərlərindən Kursk vilayətində piyada hücumlarında istifadə edir.

 

Onun sözlərinə görə, rusiyalılar “xeyli sayda” Şimali Koreya əsgərlərini Kursk vilayətində olan bölmələrin tərkibinə cəlb edib və bu əsgərlər artıq nəzərəçarpacaq itkilərə məruz qalıb.

Zelenski əlavə edib ki, Rusiya qoşunları Şimali Koreya əsgərlərindən Kursk vilayətində hücum əməliyyatlarında istifadə edir, lakin gələcəkdə onlardan cəbhənin digər sahələrində də istifadə edə bilər.

 

“Şimali Koreya Rusiya ilə birlikdə döyüş əməliyyatları zamanı aldığı dərslərdən öyrənməyə və onları nəzərə almağa qadirdir, lakin Rusiya hərbi komandanlığının Şimali Koreya əsgərlərindən daha tükəndirici hücumlarda istifadə edəcəyi təqdirdə vəziyyət xeyli pisləşəcək”, – ISW qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər