Əsəbə qarşı təbii dəstək – Stresi yox edən qidalar
Baxmayaraq ki, mütəxəssislər əsəbləri sakitləşdirmək və stresi idarə etmək üçün meditasiya və ya fiziki fəaliyyətə üstünlük verməyi daha effektiv sayır, ancaq təkcə bu üsul yetərli olmaya bilər. Burada həm də düzgün qidalanma böyük rol oynayır. Müxtəlif qidalar tərkibindəki faydalı maddələrlə əsəb sisteminə müsbət təsir göstərir, rahatlama hissini gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır. Onların təsiri əsasən beynin stres hormonu (kortizol) səviyyəsini azaltmaq, serotonin istehsalını artırmaq və bədənin rahatlamasını dəstəkləmək xüsusiyyətləri ilə bağlıdır.
Tacxeber.com xəbər verir ki, Yenisabah.az əsəbləri sakitləşdirən qidalara nümunələri araşdırıb:
Meyvə-tərəvəzlər
Banan: Tərkibində triptofan var, bu da serotonin istehsalını stimullaşdıraraq əhval-ruhiyyəni yaxşılaşdırır.
Avokado: Sağlam yağlarla zəngindir, əsəb sistemini dəstəkləyir.
Narıncı meyvələr (portağal, qreypfrut): C vitamini kortizol səviyyəsini aşağı sala bilər.
İspanaq və brokoli: Maqnezium ilə zəngindir, bu mineral stresi azaldır və rahatlamağa kömək edir.
Balıq və dəniz məhsulları
Yağlı balıqlar (qızılbalıq, skumbriya, tuna): Omega-3 yağ turşuları ilə zəngindir, beyində stresi azaldan mexanizmləri gücləndirir.
Dəniz yosunu: Minerallarla zəngin olan dəniz yosunları balanslı enerji və sakitlik təmin edir.
Qoz-fındıq və toxumlar
Qoz, badam, püstə: Magnezium və B vitamini ilə zəngindir, əsəb gərginliyini azaldır.
Çia və kətan toxumu: Omeqa-3 və liflərlə zəngin olduğu üçün beyin funksiyasını tənzimləyir.
Günəbaxan toxumu: B vitamini və antioksidantlarla zəngindir.
Tam taxıllar
Yulaf əzməsi: Təbii serotonin istehsalını stimullaşdırır və enerji verir.
Kinoa və qəhvəyi düyü: Kompleks karbohidratlarla zəngindir, stresi azaltmağa kömək edir.
Süd məhsulları
Süd və qatıq: Kalsium və triptofan ilə zəngindir, bu da rahatlamağı dəstəkləyir.
Pendir (aşırıya qaçmadan): Rahatlıq hissini artırır.
Şokolad
Tünd şokolad: Serotonin səviyyəsini artırır və antioksidantlarla stresi azaldır. Amma az miqdarda qəbul edilməlidir.
Bitki çayları
Çobanyastığı çayı: Sakitləşdirici təsirə malikdir.
Nanə çayı: Sinirləri sakitləşdirir.
Lavanda və melissa çayı: Rahatlamağa kömək edir.