• 22 Dekabr 2024 05:31

Fəzail Ağamalıya 6 ay vaxt verilib: Oğlu və qızı…

“Parlament seçkilərindən sonra çox qəribə bir mənzərə ilə üz-üzə qaldıq, deyirdilər ki, Fəzail Ağamalı getdi, qızı gəldi. Yaxşı, Fəzail Ağamalı və yaxud digərləri öz övladına seçiminə, özünün tutmuş olduğu vəzifəyə görə, daşıdığı səlahiyyətə görə qadağa qoymalıdır? Bu nə dərəcədə doğrudur, nə dərəcədə ədalətlidir?”

 

Tacxeber.com Modern.az-a istinadən xəbər verir ki, bunu sabiq deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qızı Günay Ağamalının deputat seçilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, Günay Ağamalı Azərbaycanda vətəndaşıdır, seçmək və seçilmək hüququ var və o da bu bu hüquqlardan istifadə edib.

 

“Onun seçilib-seçilməməsi qabiliyyətindən, seçki kampaniyasında özünü təqdimetmə səviyyəsindən və təbii ki, Ana Vətən Partiyasının (AVP) və mənim indiyədək millət vəkili kimi göstərmiş olduğum xidmətlərin nəticələrindən asılıdır. Bütün bu şərtlər, elementlər yığışdı və nəticə etibarilə o, seçkilərdə uğur qazana bildi. Açığı deyim ki, o, mənim gözlədiyimdən də daha uğurlu kampaniya apardı. Bir neçə aydır parlamentdədir və kifayət qədər fəallığı var. Ümidvaram ki, o, özünü yüksək səviyyədə təqdim edəcək və etimadı doğruldacaq. Ancaq bütün varlığı, bütün ruhu ilə Azərbaycan dövlətinə, xalqına bağlı övladdır”, – sabiq depuat RTV-də yayımlanan verilişdə bildirib.

 

Fəzail Ağamalı bir müddət əvvəl adının çəkildiyi məhkəmə işindən də danışıb. Belə ki, bir müddət əvvəl Fəzail Ağamalı və övladları – Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib. İddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.

 

O bildirib ki, 2019-cu ildə mübahisə predmeti olan kredit 2019-cu ildə götürülüb və maldarlıqla bağlı layihəyə sərf olunub. Fəzail Ağamalı götürülən kreditin məbləğinin çox da böyük olmadığını qeyd edib. Sabiq deputat 2020-ci ildə başlayan pandemiyaya görə layihənin yarımçıq qaldığını vurğulayıb.

 

Partiya sədri deyir ki, kreditin pandemiya qədərki hissəsi aybaay ödənilib, ancaq pandemiyadan sonrakı hissəi ödənilməmiş qalıb. O, kredit şirkətinin rəhbərliyi ilə danışıdığını bildirib: “Məhkəməyə veriləndən sonra biz şirkətlə yenidən əlaqə saxladıq. Onlarla müqavilə imzaladıq. Şirkət məhkəmədən imtina etdi və ödəmək üçün 6 ay vaxt verilib”.

 

Fəzail Ağamalının sözügedən məhkəmə çəkişməsinin mətbuatda geniş rezonans doğurmasının qəribə olduğunu deyib.

 

“Parlament seçkilərində məni guya vurmaq üçün deyirdilər ki, Fəzail Ağamalının Kiyevdə meyvə bazarı var, Xətai Rayon İcra Hakimiyyətinin yanında 3 mərtəbəli villası var. Sonradan bəlli oldu ki, o villa Xətai Rayon Məhkməsinə icarəyə verilib, sahibi vaxtilə Naxçıvan Gömrük Komitəsinin sədri olub. Mən səmimi şəkildə etiraf edirəm ki, mən və mənim ailəm alın tərimizlə yaşamışıq. Bizim bu gün yaşadığımız evdən başqa, bir balaca – 4 sot yarım qeyri-yaşayış sahəsi var, vəssalam. Elə düşünürlər ki, Fəzail Ağamalı 30 il deputat olubsa, onun 30 yerdə mülkiyyəti olmalıdır, 30 yerdə biznesi olmalıdır. Bəlkə də elələri var, amma mən belələrindən deyiləm. Bu, mənim bu yaşımda səmimi etirafımdır. Olsaydı deyərdim, kimdir onları mənim əlimdən alan. Oğlum bizneslə məşğul ola bilirdisə, Azərbaycan qanunvericiliyi buna imkan verir, deyərdim oğlumun biznesi var. Qızım deputat olana qədər kifayət qədər məşhur bağça fəaliyyəti ilə məşğul olub”.

Tacxeber.com

Oxşar xəbərlər