• 19 Dekabr 2024 07:37

Qadınların kişilərdə cəzbedici hesab etdiyi 4 nüans: qarın…

“Bir qadın bir kişidə nəyi cəzbedici hesab edir?” sualının cavabı yəqin ki, sizi də maraqlandırır.

 

Bu barədə türkiyəli natiq sənəti üzrə mütəxəssis Oğuz Benlioğlu danışıb.

 

“Bir qadın kişidə həcmli saç və s.axtarmır. Qdınlar üçün ideal kişi güclü kişiyə bərabərdir. Qadının ilk baxdığı şey çənənin kvadrat olub-olmamasıdır. Çənə xətlərində sərt künclər olan kişilərin çənə gücü daha çox olur. Məsələn əti götürür, rahat parçalayır və ailəyə verir. Mağara adamı və mağara qadını dövründən bəhs ediəm. Dolayısı ilə çənədəki güclər onun güclü olduğu təəssüratını yaradır.

 

Qədim Romada əsgərlər müharibəyə gedərkən saqqallarını bacardıqca çox uzadır və elə kəsirdilər ki, çənə xətləri daha sərt və aydın görünsün.

Müasir dövrdə fikir versəniz, görərsiniz ki, reklam afişalarında və s. modellərin çənə xətləri daha aydındır. Məsələn, Kenan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ, Coni Deppin və s. çox bəyənilməsində çənə xətlərinin təsiri böyük ola bilər.

 

Hətta bəzi kişilər çənə xətlərini estetiklə daha aydın və sərt formaya salmağa çalışırlar.

Qadınların kişilərdə diqqət yetirdiyi 2-ci əlamət isə ayaq boyunun uzun olmasıdır. Boyun uzun olmağı o qədər də vacib deyil, amma kişilərin ayaqlarnın uzun olması qadınlara daha cəzbedici gəlir.

 

Uzun ayaqlar daha sürətli qaça bilər. Məsələn, təhlükə varsa, ailəsini götürüb tez qaça bilər. Mağara təfəkkürü ilə ovu tez tuta bilər və s.

Üç nömrəli əlamət isə tox səsdir. Məsələn, deyək ki, ayı mağaranın qarşısına gəlib. Kişi çıxır qorxunc səs çıxardır, ayı qaçıb gedir. Yəni primitiv qadın beyni üçün kişi ailəni qoruya bilirsə, güclüdürsə, ona cəzbedici gəlir. Ona görə də xarizmatik kişilərin əksəriyyəti tox səslidir.

 

Kişilərdə qadınlara cəzbedici gələn 4-cü nüans isə elmi aradşırmalar nəticəsində üzə çıxıb. Qadınlar sevgililik zamanı fit kişilərə üstünlük versə də, evlənəcəkləri zaman qarınlı kişilərə yönəlirlər. Bəziləri fikirləşirlər ki, qarınlı kişilər xəyanət etməzlər, yəqin ona görə. Əslində isə elmi araşdırmalarla qarınlı kişilərin daha çox xəyanət etdiyi üzə çıxıb. Yəni qarınlı kişilərin qadınlara xoş gəlməsinin səbəbi qətiyyən xəyanətlə bağlı deyil.

 

Bunun altında yatan səbəb odur ki, təxminən 150 il əvvəl qarınlı kişi öz qarnını doydura bilən, yəni varlı kişi demək idi. Primitiv beyin isə bu düşüncəyə yönəlir”. (Olke.az)

 

Tacxeber.com

Oxşar xəbərlər