• 18 Dekabr 2024 18:09

Rusiya NATO sərhədinə sirli zeplinlər göndərdi – “Z” hərfi QORXUYA SALDI

Rusiya NATO sərhədinə sirli zeplinlər göndərdi - "Z" hərfi QORXUYA SALDI

Estoniyada Rusiya ilə əlaqədar narahatlıqlar artır.

 

Tacxeber.com bildirir ki, buna səbəb Moskvanın NATO sərhədinə göndərdiyi sirli zeplinlər olub. Belə ki, bunun yeni bir casusluq əməliyyatı və ya hücum hazırlıqlarının bir hissəsi ola biləcəyi düşünülür. Dünya mediasının məlumatına görə, sözügedən proses iyun ayından başlayıb.  NATO ərazisinin ucqarlarında, Estoniyanın üçüncü ən böyük şəhəri Narva yaxınlığında ağ rəngli kosmik gəmiyə bənzər bir təyyarə görünüb. Estoniya səlahiyyətliləri əvvəlcə buna məhəl qoymasalar da, sonradan həyəcan təbili çalınmağa başlanılıb. Buna səbəb isə hazırkı zeplinlərin üzərində Rusiyanın Ukraynanı işğal simvolu olan “Z” hərfidir.

 

Hadisə Estoniyada qorxu və çaşqınlıq yaratsa da, Şimali Avropa ölkəsinin sərhəd qüvvələrinin baş direktoru Belitsev, “Biz demək olar ki, hər həftə belə şeylər görürük. Rusiya təxribata çəkməyə çalışır. Onlar bizim necə reaksiya verəcəyimizi görmək istəyir” deyib.

 

Estoniya mediasındakı xəbərlər isə bunun bir növ casusluq əməliyyatı ola biləcəyini göstərir. “Biz hər zaman bu barədə düşünürük. Baş nazirimiz deyib ki, Ukrayna qalib gəlsə, biz təhlükəsizliyə, lakin məğlub olsa, böyük bəlaya düçar olarıq. Bu isə narahatedən vəziyyətdir”, – vətəndaşlardan biri “Telegraph” qəzetinə açıqlamasında deyib.

 

Məlumata görə, zeplinlərin göründüyü Narva NATO-nun şərq sərhədində yerləşir və daim Rusiya təhdidləri ilə gündəmdədir. Şəhərdə yaşayan 56 min əhalinin təxminən 96 faizi rus dilində danışır, əhalinin 34 faizi isə Rusiya vətəndaşıdır. Britaniya mətbuatının yazdığına əsasən, Kreml mütəmadi olaraq bu bölgəyə müşahidə şarları göndərir.

 

Bu hadisələrdən sonra Estoniya sərhəddə təhlükəsizlik tədbirlərini artırıb. “Telegrahp”ın xəbərinə görə, 2004-cü ildə NATO və Aİ-yə daxil olan Estoniya cəsarətlə Rusiyanın Avropadakı ən güclü rəqiblərindən biri olmaqda davam edir. “Bu ölkə Ukraynanın işğalından sonra hərbi yardım üçün əksər ölkələrdən daha çox pul ayırıb və Kiyevin NATO-ya üzv olmaq cəhdini qürurla dəstəkləyir. Eyni zamanda,  Estoniya avqustun 8-də Narva keçidində gömrük yoxlaması tətbiq edib və may ayında piyadaların keçid saatlarını məhdudlaşdırmaq qərarına gəlib. Bu dəyişiklik Rusiyanın İvanqorod sərhəd-keçid məntəqəsində tikinti işlərini əsas gətirərək fevral ayında sərhəd qapısını nəqliyyat vasitələri üçün bağlamaq qərarına gəldikdən sonra edilib. Təxminən altı ay keçsə də, insanlar Rusiyaya keçmək üçün hələ də 12 saatdan çox qarda növbə çəkirlər. Rusiya isə Estoniyanı milli parad ərəfəsində sərhəd nəzarətini qəsdən ləngitməklə yerli əraziləri növbələrlə doldurmaqda günahlandırır. Ukraynanın dəstəyi və Estoniyanın Narva keçid məntəqəsində məhdudiyyətlər tətbiq etmək qərarı Rusiya prezidenti Putini qəzəbləndirib”, – nəşr yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər