Talıbovun bacanağı şirkət yaratdı
Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında nizamnamə kapitalı 1 milyon 560 min manat olan “Şahbuz Office” MMC (VÖEN – 0201657711) adlı şirkət dövlət qeydiyyatına alınıb. Yeniavaz.com xəbər verir ki, MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Hünbət Elçin oğludur.
Hünbət Qəhrəmanovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı olduğu bildirilir. Onun atası Elçin Qəhrəmanov Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri olub.
Məlumat üçün bildirək ki, eyni tarixdə və eyni ünvanda – Nəsirəddin Tusi ev 4 ünvanında 1 milyon 700 min manat nizamnamə kapitalı ilə “Head Property” MMC (VÖEN – 0201658481) adlı şirkət də qeydiyyata alınıb.