• 20 Dekabr 2024 20:59

Moskva yaxınlığında hərbi təyyarə PARTLADI – VİDEO

Moskva yaxınlığındakı aerodromda “An-72” hərbi-nəqliyyat təyyarəsi partlayıb. 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

“2024-cü il dekabrın 12-də Moskva vilayətindəki Ostafyevo aerodromunda partlayış baş verib. Rusiya dövlətin donanmasına məxsus An-72 hərbi-nəqliyyat təyyarəsinin əsas elektrik stansiyası işə düşüb”, – məlumatda deyilir.

 

Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, sözügedən rus təyyarəsinin təxmini dəyəri təxminən 4,5 milyon dollardır.

“Ukrayna xalqına qarşı törədilən hər bir hərbi cinayətə görə ədalətli cəza veriləcək”, – mesajda vurğulanır.


Tacxeber.com

Oxşar xəbərlər