Putindən Əsədə sərt qadağalar
Əsəd və ailəsinin hazırda Moskvada ev dustaqlığında olduğu öyrənilib.
Tacxeber.com “haber7″yə istinadən xəbər verir ki, Kreml Putinin sərt qaydalar müqabilində devrilmiş Əsədə sığınacaq verdiyini açıqlayıb.
Şərtlərə əsasən Bəşər Əsədə Rusiya hakimiyyətinin əvvəlcədən razılığı olmadan siyasi fəaliyyətlə məşğul olmaq və ya Moskvanı tərk etmək qəti qadağan edilib.
Bundan əlavə olaraq müvafiq orqanlar tərəfindən qərar qəbul edilənə qədər Əsədin daşınar və daşınmaz əmlakı ilə bağlı hər hansı addım atması qadağan edilib.