Canan Karataydan gicitkən çayı resepti: Qanı təmizləyir və…
Gicitkən qandakı zəhəri təmizləyir.
Tacxeber.com xəbər verir ki, bunu türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatay deyib. O, gicitkənin bilinməyən faydalarından söz açıb:
“Elmi adı “Urtica dioica” olan gicitkən, xüsusilə damar tutulmasının qarşısını alır və qandakı mikrobları təmizləyir. Anemiya və xroniki yorğunluğun aradan qaldırılmasında təsirli rol oynayır. Zərərli maddələrin qandan çıxarılmasına kömək edir.
Gicitkəndə A və C vitaminləri, beta karoten və dəri sağlamlığı üçün faydalı olan minerallar var. Beləliklə, dəri iltihabını azaltmağa və sızanaq kimi dəri problemlərini müalicə etməyə kömək edir.
Bu bitki ağırsaq hərəkətlərini təşviq edərək ürəkbulanma, həzmsizlik və digər həzm problemlərini aradan qaldırır.
Qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Bəzi araşdırmalar gicitkənin insulin müqavimətini azaltmaqla 2-ci tip diabetli insanlarda qan şəkərinin səviyyəsini aşağı saldığını üzə çıxarıb.
Gicitkənin iltihab əleyhinə xüsusiyyətləri allergik reaksiyaları aradan qaldıra bilər. Xüsusilə gicitkən çayı allergiyaya qarşı təbii dəstək kimi istifadə edilə bilər.
Gicitkən bitkisini çay şəklində dəmləyib istehlak edə bilərsiniz”.
Gicitkən çayının hazırlanma qaydası
Əvvəlcə 2 stəkan suyu qaynadın və çaydanın altını söndürün. Daha sonra suya təzədirsə, 3-4 ədəd gicitkən yarpağı, qurudulmuş haldadırsa, 1-2 çay qaşığı gicitkən əlavə edin. 5-10 dəqiqə dəmləyin. Gicitkən çayının dadını hər kəs sevmir, ona görə də bal, limon və ya zəncəfil kimi təbii tatlandırıcılardan istifadə etmək olar.