Zərbə dalğası minlərlə nüvə bombasının gücü qədər qiymətləndirilən asteroid Yerə yaxınlaşır
Yerə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroid yaxınlaşır.
Tacxeber.com bildirir ki, bu barədə NASA-nın alimləri xəbər veriblər.
Bildirilir ki, 2024 XN1 adlandırılan səma cismi Milad bayramı ərəfəsində, 24 dekabr tarixində planetimizin yanından keçəcək.
Onların sözlərinə görə, səma cismi Yer üçün potensial təhlükə təşkil edir. Alimlərin qiymətləndirməsinə görə, əgər bu kosmik obyekt planetimizlə toqquşsaydı, onun zərbə dalğası bir neçə min nüvə bombasının partlayışına bərabər olardı.
Məlumatda NASA alimlərinin səma cisminin hərəkət trayektoriyasını diqqətlə izləməyə davam etdikləri vurğulanıb.