ABŞ öz təyyarəsini vurdu
Amerika Birləşmiş Ştatlarına aid “F/A-18” döyüş təyyarəsi Qırmızı dəniz üzərində vurulub. Təyyarədə olan 2 pilot zərbə vaxtı göyərtəni tərk edib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, döyüş təyyarəsinə zərbəni də məhz ABŞ özü edib. Vaşinqtondan verilən açıqlamada, təyyarənin yanlışlıqla vurulduğu bildirilib.