TƏBİB sədrindən diplomsuz plastik cərrahlarla bağlı – Açıqlama
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov diplomsuz plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib.
Tacxeber.com xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“TƏBİB daxilində işə qəbul qaydaları öz daxili prosedur qaydaları ilə tənzimlənir. Biz qanunvericiliyin tələbini əsas götürürük. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri nəzərə alınır. Plastik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Bu prosedurlar ödənişli qaydada həyata keçirilə bilər. Bizim işə götürdüyümüz cərrahlar Azərbaycan qanunvericiliyinə uyğun işə götürülən plastik cərrahlardır.