Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı
Bugünkü elmi ixtira əslində çoxdan mövcuddur, sadəcə, bu məlumat ictimaiyyətə açıqlanmamışdı.
Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev Teleqram hesabında yazıb.
Paylaşımda deyilir ki, yeraltı şəhərdə süni insanların yetişdirilməsi həyata keçirilir:
“Məqsəd isə onlardan həyatın uzadılması, hərbi güc və digər seksual məqsədlər üçün tibbi preparatların (peptidlərin) əldə edilməsidir. Mən proqnozu 2020-ci ildə vermişdim. Lakin 2024-cü ildə KİV-də “inkubatorda” süni yetişdirilmiş ilk uşaq haqqında rəsmi məlumat yayımlandı”.