İsrailli nazirdən etiraf: Haniyəni biz məhv etmişik
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu ilin iyulunda Tehranda öldürülməsinin arxasında İsrail hakimiyyəti dayanır.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz ilk dəfə etiraf edib.
Nazirin sözlərinə görə, İsrail hakimiyyəti “husilərin infrastrukturunu vuracaq və onların rəhbərliyinin başını kəsəcək”.