• 25 Dekabr 2024 05:05

Londonda Əsədin xanımı ilə bağlı xüsusi iclas – Yeni şərt var

Suriyanın eks-prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin boşanmaq və Moskvadan qaçmaq istədiyinə dair iddialar fonunda onun İngiltərə vətəndaşlığı gündəmə gəlib. 

 

Tacxeber.com xəbər verir ki, “The Telegraph” məsələ ilə bağlı İngiltərənin Mühafizəkarlar Partiyasında müzakirə başladıldığını yazıb.

 

Bəşər Əsədin Rusiyada bank hesablarından istifadə etməsinə və evdən çıxmasına qadağa qoyulması ilə bağlı iddialar Kreml tərəfindən təkzib edilib. Lakin sözügedən məsələ Əsma Əsədin boşandıqdan sonra vətəndaşlığı olan İngiltərəyə qayıtması ehtimalını aktullaşdırıb.

Mühafizəkarlar Partiyasının deputatları bu mövzuda iclas keçirərək, Əsədin həyat yoldaşının ölkəyə qayıdışının xoş qarşılanmayacağı ilə bağlı həmfikir olublar. Deputatlardan Robert Jenric bir çox günahsız insanın ölümündə əli olan Əsəd ailəsi üzvlərinin İngiltərədə lüks içində yaşamalarına şərait yaradılmasının mümkünsüz olduğunu deyib.

 

Hətta ölkəyə qayıdacağı halda Əsma Əsədə barəsində cinayət işinin başladıla biləcəyi açıqlanıb. Britaniya Baş nazirinin ofisi də Əsma Əsədin ölkədə xoş qarşılanmayacağını qeyd edib.

Məlumata görə, Əsma Əsədin İngiltərədəki maddi sərvəti həyat yoldaşının ölkəsindəki problemli idarəçiliyi əsas göstərilərək 2012-ci ildə Avropa İttifaqının sanksiyalar paketinin bir parçası kimi dondurulub. Hətta 2021-ci ilə Suriyadakı vəziyyət səbəbindən onun barəsində araşdırma başladılıb. Bundan əvvəl 2020-ci ildə isə ABŞ xanım Əsədin atası və və iki qardaşına sanksiya tətbiq edib.

 

İngiltərə KİV yazır ki, əslində Əsma Əsədin hələ də ölkəyə dönmə şansı bir yolla təmin edilə bilər. Bunun üçün o, həyat yoldaşı ilə münasibətlərini tamamilə bitirməlidir. (Globalinfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər