Tovuzda yenə də kütləvi zəhərlənmə.
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
Tacxeber.com xəbər veriri ki, zəhərlənmə Tovuz rayonunda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu haqda TƏBİB məlumat verib. Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə çağırış daxil olub.
Məlumatda bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
“8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”. (APA)