• 26 Dekabr 2024 00:53

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 12 nəfər sağ qalıb – Video

Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.

 

Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.

 

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

 

 

Oxşar xəbərlər