Qazaxıstan hökumət rəsmisi qəzaya uğrayan təyyarədə atəş izlərinin olması barədə iddiaları şərh etdi
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, qəzanı araşdıran komissiyanın rəhbəri AzAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülərə münasibət bildirib.
Tacxeber.com APA-ya istinnadən xəbər verir ki, brifinqdə bu barədə suala cavab verən K. Bozumbayev xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.