• 26 Dekabr 2024 00:08

Təyyarə qəzasına görə Qazaxıstanda komissiya yaradıldı

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə dövlət komissiyası yaradılıb. 

 

Tacxeber.com xəbər verir ki, bu barədə “tengrinews.kz” məlumat yayıb.

 

Sözügedən komissiyaya baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Məlumata görə, o, artıq Aktauya yola düşür.

 

Qasım-Jomart Tokayev həmçinin Astanadan Aktauya həkimlərin və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.

Tacxeber.com

Oxşar xəbərlər