Qazaxıstan Azərbaycan və Rusiyanın təyyarə qəzasının araşdırılmasında iştirakına razı olmayıb.
Azərbaycan və Rusiya təyyarə qəzasının araşdırılması üzrə komissiyaya daxil olmaq xahişi ediblər, lakin Qazaxıstan tərəfi buna razı olmayıb.
Tacxeber.com xəbər verir ki, bu haqda Orda.kz nəşri məlumat paylaşıb.
Belə ki, rəsmi Bakı və Moskva Qazaxıstanda baş vermiş təyyarə qəzasının araşdırılması komissiyasının işində iştirak etmək istədiklərini bildiriblər lakin onların müraciərini Qazaxıstan tərəfi müsbət dəyərləndirməyib. Məlumatda bildirir ki, Qazaxıstan yalnız tərəflərin müşahidəçi qismində iştirak etməsinə etiraz etməyib.