Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
![Qəzaya uğrayan təyyarə](https://gdb.rferl.org/61b5e7e4-90c5-4451-be1d-06dfbcad4423_cx0_cy11_cw0_w1023_r1_s.jpg)
Tacxeber.com xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də qəzaya uğradığı bildirilən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat ödəniləcək. Vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.