“Hər şey yaxşı olacaq” deyən Hökumənin cəsədi tapıldı
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 3 ekipaj üzvünün cəsədinin tapıldığını bildirib.
Tacxeber.com xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
1. Kşnyakin İqor (pilot)
2. Kalyaninov Aleksandr (pilot)
3. Əliyeva Hökumə (stüardessa)
Xatırladaq ki, Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb.