Moskvaya uçmalı olan təyyarə uçmadı
Batumidən Moskvaya uçmalı olan “Azimut” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ 100) təyyarəsi havaya qalxa bilməyib.
Tacxeber.com xəbər verir ki, bu barədə xarici Rusiya KİV-ləri məlumat verib.
Məlumata görə, təyyarə havaya qalxmazdan əvvəl sürət yığdıqdan sonra dayanıb. Bundan sonra sərnişinlərdən əşyaları ilə birlikdə təyyarəni tərk etmələri istənilib. Lakin onlara baş verənlərin səbəbləri izah edilməyib.
“Səbəb barədə məlumat verilməyib, indi bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik”, – sərnişinlərdən biri açıqlayıb.