• 27 Dekabr 2024 03:55

Təyyarə dənizə ensəydi necə olacaqdı? – AZAL-dan cavab

Fikrimcə Bakı-Qrozni reyisinin həyata keçirən “Embraer190”  pilotları bütün mümükn vasitələrdən istifadə edərək  təyyarəni sağ-salamat yerə endirməyə çalışıblar.

 

Tacxeber.com xəbər verir ki, bunu açıqlamasında AZAL-ın uçuşların təhlükəsizlik idarəsinin rəis müavini Fərhad Nəsirov qəzanın baş verməsi ilə bağlı səslənən  bir sıra iddialara, xüsusən də təyyarənin dənizə deyil quruya endirməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
“Onlar  Aktau hava limanının  eniş zolağını gördüklərindən  təyyarəni  təhlükəsiz  hava limanının zolağına eniş etmək  istəyiblər. Dənizə düşsəydi o zaman itki daha çox ola bilərdi.  Onlar  bütün mümkün vasitələrədn istifadə ediblər”, – o qeyd edib.

 

Qəzanın baş verməsinə səbəb ola biləcək  ehtimalları barədə danışan Nəsirov  bildirib ki, pilotlar idarəetməi itiriblər: “Buna səbəb isə təyyarədəki hidravlik maye ola bilər.  Bir də təyyarədə radar  və elevator deyilən idarəetmə qurğuları var.  Yəqin ki,  onlarda da problem  yaranıb və bu səbəbdən qəzaya uğraya bilər”.

 

Təyyarənin  uçuşa yararlı və texnikisi sazlıq vəziyyəti barədə danışan Nəsirov bildirib ki, AZAL-ın parkında olan bütün təyyarələr uçuşdan öncə uçuşa yararlılığı və texniki  vəziyyəti yoxlanılır: “Uşuçdan öncə təyyarədə heç bir problem qeydə alınmayıb. Ümumiyyətlə parkda olan bütün təyyarələrə davamlı olaraq texniki baxışdan  keçirilir”.

Tacxeber.com

Oxşar xəbərlər