Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət…
2024-cü ilin son günlərində Nostradamus və Baba Vanqanın 2025-ci il üçün kəhanətləri yenidən gündəmə gəlib. Əvvəlki bir çox hadisələri düzgün proqnozlaşdırdıqları düşünülən Nostradamus və Baba Vanqanın 2025-ci illə bağlı proqnozları qorxuludur.
Tacxeber.com xəbər verir ki, onların ölümündən illər keçməsinə baxmayaraq, məşhur kahinlər Nostradamus və Baba Vanqanın sözləri hər il gündəmə gəlməkdə davam edir.
1566-cı ildə vəfat edən məşhur öncəgörücü Nostradamusun dediklərinə görə, vəba xəstəliyi 2025-ci ildə yenidən ortaya çıxacaq. O, epidemiyanın bütün dünyada keçmiş epidemiyalar kimi təsirli olacağını iddia edib.
Nostradamus həm də göydən gələn təhlükələrə də işarə edib. “Göydən od kürəsi düşəcək” kimi ifadələr ağla mümkün asteroid zərbəsi və ya böyük bir vulkan püskürməsi gətirir.
16-cı əsrin məşhur falçısının sözlərinə görə, şimal və cənub arasında qarşıdurmaların qeyd edilməsi resurs müharibələrinin gələcəyin ən böyük təhlükəsi olacaq.
Ehtimal olunur ki, Nostradamusun bəzi dedikləri yerin qızmar temperaturlarına və ekstremal hava hadisələrinə aiddir.
“Balkanların Nostradamusu” kimi tanınan Baba Vanqa isə 2025-ci ildə Avropada qitə əhalisinə təsir edəcək bir münaqişənin başlayacağını iddia edib. Bu isə apokalipsislə nəticələnəcək hadisələrin başlanğıcı olacaq.