AZAL təyyarə qəzasının səbəbini AÇIQLADI
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bu barədə Bizim.Media AZAL-dan bildirilib.
Qeyd olunub ki, aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb.
Bu səbəbdən də Bakıdan Rusiyanın hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.