Əfsanəvi aktyorun futbol komandası məşqçisi olduğunu bilirdiniz?
Böyük sirk və kino aktyoru Yuri Nikulin futbol həvəskarı idi – bu, məlum faktdır. O, doğma Moskva “Dinamo”suna pərəstiş edirdi və cəbhədən qayıtdıqdan sonra ilk işi sevimli komandasının oynadığı stadiona getmək olub. Nikulinin ifa etdiyi futbol hekayələri hələ də populyardır.
Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, amma sənətçinin futbolla bağlı başqa təcrübəsi var idi. Bir dəfə komandanın məşqçisi olub. Düzdür, tam uğurlu alınmayıb.
Nikulin 72-ci əlahiddə zenit artilleriya diviziyasının tərkibində döyüşdüyü Baltikyanı ölkələrdə böyük Qələbə gününü qeyd edib. İki həftə sonra ona vacib bir iş tapşırılıb. “Kapitan Konovalov mənə zəng etdi və dedi: “İndi, Nikulin, istedadlarınızı üzə çıxarmağın vaxtı gəldi. Gəlin özfəaliyyətinizi göstərin, bizim futbolçularımızı məşq etdirin”, – aktyor tərcümeyi-halında xatırladıb.
Keçmiş döyüşçü həvəslə yeni tapşırığı üzərinə götürüb. Divizion komandası ilə tanış olub və onunla işləməyə başlayıb. Şübhəsiz ki, Nikulin özünü yalnız qalib gələcək bir meqa-məşqçi kimi görüb.
Ancaq reallıq daha prozaik olub. “Mən məşqçi kimi çox qalmadım: divizion komandası qonşu hissəyə 0:11 hesabı ilə uduzdu və mən bu işdən azad olundum. Mən yalnız həvəskar bədii fəaliyyətlərə cavabdeh olmağa başladım”, – aktyor etiraf edib.