“Tiktokerlər tutulmamalıdır” – Hüquqşünas səbəbləri AÇIQLADI
Ötən gün “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib. Sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb. Sözügedən əməliyyatda Azər Zahiddən başqa daha bir neçə tiktoker də saxlanılıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər hansısa veriliş yaxud yayım zamanı hər hansı təhqiredici ifadədən istifadə edilibsə və bu ünvansızdırsa, o zaman qanunla şəxsə qarşı cəza nəzərdə tutulmur:
“Əgər ortada hansısa şəxsi qarşı ünvanlanmış konkret təhqir varsa, artıq fərqi yoxdur bu harada olub. Amma kimsə çıxıb ümumən, heç kimə ünvanlanmamış formada vulqar sözlərdən, təhqirlərdən istifadə edirsə, buna görə cəza yoxdur. Kimsə belə danışırsa, sən ona qulaq asma. Mən hesab edirəm ki, buna görə cəza heç olmamalıdır. Bu məsələlər o qədər subyektivdir ki, birinin əlxaqsızlıq saydığını digəri belə hesab etmir”.
Hüquqşünasın fikrincə, hər bir mövzuda əxlaq anlayışı fərdlərə görə dəyişkəndir: