Dünyanın ən xəsis iş adamı vəfat etdi
Yaponiyanın məşhur avtomobil istehsalçısı Suzuki Motor Corporation-a 40 ildən çox rəhbərlik etmiş Osamu Suzuki 94 yaşında limfomadan dünyasını dəyişib.
Tacxeber.com Tass-a istinadən xəbər verir ki, Osamu Suzuki şirkətə 1958-ci ildə qoşulub və onun təsisçilərindən birinin qızı ilə evlənərək ailənin soyadını qəbul edib. 1978-ci ildə şirkətin prezidenti olan Osamu Suzuki kiçik və ucuz avtomobillərin istehsalına diqqət yetirərək, Suzuki-ni həm Yaponiyada, həm də Hindistan, Cənub-Şərqi Asiya və Macarıstan kimi inkişaf etməkdə olan bazarlarda böyük uğurlara imza atıb.
Suzuki-nin kiçik avtomobil seqmentindəki lider mövqeyi Osamu Suzuki-nin strateji yanaşması nəticəsində uzun illər qorunub saxlanılıb. Onun rəhbərliyi dövründə şirkətin satışları on dəfə artıb. Hətta Yaponiyada böyük korporasiyalar arasında kiçik bir oyunçu olsa da, Suzuki Hindistanda 2023-cü ilə qədər bazar payının 40%-dən çoxuna sahib olub.