Qəza görüntülərini lentə alan bloqerin cəzası bəlli oldu
Qazaxıstanın Aktau şəhərində AZAL təyyarəsinin qəza yerində foto və video çəkiliş aparan bloger Azamat Sarsenbayevə on sutka inzibati həbs cəzası verilib.
Tacxeber.com xəbər verir ki, blogerin vəkili Aybek Süyündükovun məlumatına görə, Sarsenbayevə verilən cəza, “hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama” (Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 667-ci maddəsinin 1-ci hissəsi) əsasında təyin olunub.
Polis bildirib ki, Sarsenbayev ictimai asayişi pozub və qəza yerində dron uçuraraq xilasetmə xidmətləri və istintaq tədbirlərinin işinə mane olub, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.