TƏBİB rəsmisi: Bəzi həkim və tibb bacıları nə iş gördüyünü bilmir
Bəzi həkim və tibb bacıları TƏBİB-in nə işi gördüyünü bilmir.
Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu TƏBiB-in icraçı direktorunun müavini Araz Nəsirov media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində səsləndirib.
Onun sözlərinə görə, hələ də bəzi tibb işçiləri TƏBİB-in nə işi gördüyünü, niyə fəaliyyət göstərdiyini bilmir:
“Bizlər səhiyyə sahəsində böyük əmək sərf edirik. Vətəndaşyönümlü səhiyyə sistemi qurmaq çox çətindir. Lakin bəzi tibb işçiləri bundan xəbərsizdir. Hansısa bir vətəndaşın TƏBİB-in fəaliyyətindən xəbərsiz olması anlaşılandır. Lakin tibb işçilərinin bunu bilməməsi qəbul edilən deyil”.
Direktor müavini qeyd edib ki, vətəndaşları TƏBİB-in fəaliyyəti barədə məlumatlandırmaq çox vacibdir: