Bayraktar “Səmanın Ferrarisi”ni alır
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan Baykar, İtalyan aviasiya nəhəngi “Piaggio Aerospace” şirkəti satın alır.
Bayktar digər ölkələrdən təklif verən rəqiblərini geridə qoyaraq tenderi qazanıb.
Aviasiya sənayesində “Səmanın Ferrarisi” kimi tanınır. 140 illik tarixi olan “Piaggio Aerospace” şirkəti təyyarə mühərrikləri istehsal edir. Şirkətin texniki və təmir xidmətləri ilə İtaliyanın müdafiə sənayesi ekosistemində strateji rolu var.