Kanal 13 televiziyasının əməkdaşı Şamo Emin azadlığa buraxılıb
Kanal 13 televiziyasının əməkdaşı Şamo Emin azadlığa buraxılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Report”a onun vəkili Elçin Sadıqov məlumat verib.
O bildirib ki, onun həbs müddəti başa çatdığı üçün ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Şamo Emin əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edib.
O, ötən ilin dekabr ayında həbs olunub. Ş.Eminə qarşı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.