• 01 Yanvar 2025 14:43

Putindən İlham Əliyevə AZAL təyyarəsi ilə bağlı növbəti TELEFON ZƏNGİ

Azərbaycan və Rusiya başçıları – İlham Əliyev və Vladimir Putin bazar günü telefonla danışıblar.

 

Tacxeber.com xəbər verir ki, bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb.

 

Mənbə qeyd edir ki, liderlər bir daha AZAL təyyarəsinin qəzası ilə bağlı məsələləri müzakirə ediblər.

 

Xatırladaq ki, dekabrın 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Tacxeber.com

Oxşar xəbərlər