Qazaxıstan Prezidenti vətəndaşlarımızı xilas edən şəxsləri MÜKAFATLANDIRDI
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda Azərbaycan Hava Yollarına məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirak edən vətəndaşların böyük bir qrupunu mükafatlandırıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mükafatçılar Manqistau vilayətində qəzaya uğrayan təyyarənin sərnişinlərinin xilas edilməsində “cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti” nümayiş etdiriblər.