• 09 Yanvar 2025 14:13

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter 100 yaşında vəfat etdi.

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter 100 yaşında vəfat edib. Carter Mərkəzinin bəyanatında deyilir ki, son nəfəsində o, “ailəsinin əhatəsində idi” və Corciya ştatının Plains şəhərindəki evində vəfat etdi.

 

Tacxeber.com xəbər verir ki, 1977-ci il yanvarın 20-də prezidentlik andını içərkən Karter Amerikaya “xalqı kimi yaxşı hökumət” vəd etmişdi.

Dörd təlatümlü hakimiyyət illərində Karter artan inflyasiya və işsizliklə çarpışmışdı.

Misirlə İsrail arasında tarixi sülh müqaviləsinə və Panama Kanalı sazişinə vasitəçilik etmiş Karter xarici siyasətdə bir sıra uğurları ilə yadda qalmışdı. Lakin İrandakı girov böhranı onun Ağ Evdəki son illərini müşayiət edərək 1980-ci ildə prezident seçkilərində məğlubiyyətinə töhfə vermişdi.

Prezident seçilmiş Donald Tramp ‘Truth Social’ platformasında yazıb:

“Cimmi Karterin prezident qismində üzləşdiyi sınaqlar ölkəmiz üçün mühüm dönəmə təsadüf edib və o, amerikalıların rifah halını yaxşılaşdırmaq üçün əlndən gələni əsirgəməyib. Ona görə biz hamımız ona minnətdarıq.”

Karterin Ağ Evə həyat yolu Corciya ştatının Plains adlı kiçik qəsəbəsində başlayıb. Karter 1924-cü il, oktyabrın 1-də həmin qəsəbədə anadan olub.

ABŞ hərbi dəniz donanmasında zabit kimi xidmət göstərən Karter II Dünya Müharibəsindən sonra nüvə sualtı qayıq donanmasının yayadılmasına yardımçı olur. 1953-cü ildə Karter ailəsinə məxsus fıstıq biznesini işlətmək üçün doğma ştatına qayıdır.

1960-cı ildə Gorciya ştat parlamentində iki dönəm xidmət etdikdən sonra 1971-75-ci illər arasında Corciya ştatının qubernatoru olur.

1976-cı ildə Demokrat partiyasının namizədi kimi prezident seçkilərinə qatılan Karter Respublikaçı rəqibi Cerald Fordu məğlub edir.

Tacxeber.com

Oxşar xəbərlər