Ənənəvi Çin təbabətinin faydaları: Görün nələri müalicə edir
Qış mövsümü ilə birlikdə qrip, soyuqdəymə kimi xəstəliklər də artır. Bu xəstəliklərdən qorunmaq üçün təbii üsullara üstünlük verilə bilər.
Tacxeber.com xəbər verir ki, çinlilərin təbii dərmanı olan bu qarışıq qış aylarında xəstəliklərdən qorunmağa kömək edir.
Çin təbii dərmanı və onun faydaları:
Çin təbabətində təbii dərman sayılan bu üsul portağalların şəkərlə qaynadılmasından ibarətdir. Qışda xəstəliklərdən qorunmağın əsas yolu sayılan bu üsulu əldə etmək üçün əvvəlcə portağalı yarıya bölün. Sonra portağalın açıq hissələrinə şəkər tökün. İstəyirsinizsə, bu mərhələdə şəkər yerinə balı da seçə bilərsiniz. Sonra kiçik bir qazanda suyu qaynadın. Portağalları qaynar suya atın və 3 dəqiqə qaynadın. 3 dəqiqədən sonra qarışığın suyunu içə bilərsiniz.