Qəzaya uğrayan təyyarənin havaya qalxmasına saniyələr qalmış sərnişinlərin görüntüsü – VİDEO
Dekabrın 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 30-dan çox insan həlak olub.
Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrdə həmin gün təyyarə havaya qalxmazdan dəqiqələr öncə sərnişinlərin son görüntüsü yayılıb.
Həmin kadrlarda hadisədə həlak olan və nəşi Bakıda torpağa tapşırılan 13 yaşlı Məhəmmədəli Fərid oğlu Yeqanov da var.