Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi
Co Bayden jurnalistlərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğraması ilə bağlı olan sualını cavablandırıb.
Jurnalist Baydenə “AZAL təyyarəsinin vurulmasına görə Putin məsuliyyət daşıyırmı?” sualı ünvanlayıb.
Putinin məsuliyyəti etiraf edib etməməsi ilə bağlı sualı cavablandıran Bayden belə deyib:
“Görünür, o bunu edib, amma mən onunla və ya komandamla danışmamışam”.