Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Aktyorlar Bred Pitt və Ancelina Coli səkkizillik məhkəmə çəkişmələrindən sonra boşanma prosesinin başa çatması şərtləri barədə razılığa gələ biliblər.
Tacxeber.com Oxu.Az-a istinadən bildirir ki, boşanma sənədləri keçmiş ər-arvad tərəfindən dekabrın 30-da imzalanıb.
“Ancelina yorğundur, amma bu prosesin başa çatmasından rahatlanıb”, – deyə nəşr Colinin vəkili Ceyms Saymonun sözlərini sitat gətirib.
Qeyd olunub ki, əldə edilmiş razılaşmanı məhkəmə təsdiq etməlidir, aktyorlar arasındakı sövdələşmənin detalları hələlik açıqlanmır.