Bu ölkədə boşanmaq qorxuludur – Elə cəza verilir ki…
Şimali Koreyada boşanmaların sayını azaltmaq üçün şok qərar verilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ölkə prezidenti Kim Jonq Un-un qərarına əsasən, boşanan tərəflər hər ikisi dərhal həbs olunaraq, işləmə düşərgələrinə göndəriləcəklər.
Qeyd olunur ki, əvvəllər bu cür cəzalar yalnız boşanma iddiası irəli sürən tərəfə verilirdi. Lakin yeni qərar hər iki tərəfə şamil olunacaq. Məlumata görə, hətta fiziki şiddətə məruz qalma ilə bağlı boşanma iddiası verilsə belə, həmin şəxs cəzadan kənarda qalmayacaq.