Qara qutunun iki saatlıq yaddaşı var imiş
AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.
Tacxeber.com xəbər verir ki, bu barədə “Kazinform”a Qazaxistanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
O deyib ki, adətən təyyarənin quyruq hissəsində iki qara qutu quraşdırılır və hər ikisi tapılıb.
“Hazırda onlar şifrələrin açılması üçün daşınır. Bu təyyarədə ekipajın işini və təyyarənin texniki parametrlərini iki saat ərzində qeydə alan qara qutular quraşdırılmışdı”, – deyən nazir müavini hadisənin tam mənzərəsinin araşdırma zamanı aydın olacağını qeyd edib.