ATU: Həkimlər aktyorun ürəyinin fəaliyyətini bərpa edib
Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.
Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.
Hazırda onun müalicəsi ATU Tədris Cərrahiyye Klinikasinda davam etdirilir.