“Qadınlar kişiləşib, kişilər dişiləşib”
“Qadınlar kişiləşib, kişilər dişiləşib”.
Tacxeber.com xəbər verir ki, bu sözləri tanınmış türkiyəli ailə həkimi Ender Saraç deyib. Onun müasir yaşayış tərzinin qadınlar və kişilərə təsiri barədə dedikləri müzakirələrə səbəb olub:
Həkimin sözlərinə görə, qadınların daha az doğum etməsi, gec yaşda ana olmaları və karyeralarındakı ağır məsuliyyət onlarda hormonal tarazlığı pozur.
E.Saraç qeyd edib ki, yanlış qidalanma vərdişləri və müasir həyatın gətirdiyi ətraf mühit faktorları da hormonal dəyişikliklərdə böyük rol oynayır.
“Qadınlar kollegiya iclasında ağrı sancı içrəisində işlərini davam etdirmək məcburiyyətində qalırlar”- o deyib.
Mütəxəssis bildirib ki, bu vəziyyət estrogen və testosteron balansını pozur. Hər qadında testosteron, hər kişidə müəyyən aşağı faizlərdə estrogen hormonu olduğunu ifadə edən Saraç sözlərinə belə davam edib:
“Qadınları kişilərdən ən çox fərqləndirən üç orqan: yumurtalıqlar, uşaqlıq və süd vəziləri funksiyasını yerinə yetirmir. Dövrümüzün reallıqlarına uyğun gəlmir, lakin onların daha erkən yaşda hamilə qalması və uşaqlığın hamiləliyi yaşaması, yumurtanın mayalanması və süd vəzilərinin daha erkən yaşda süd verməsi vacibdir. Bir şeyi nə qədər təxirə salsan, tarazlıq bir o qədər pozula bilər”.
E.Saraç qadınların müasir dövrdə çox yükləndiyini söyləyib: