• 05 Yanvar 2025 12:30

Cənubi Koreyada GƏRGİNLİK – Mühafizəçilər Prezidentin həbsinə imkan vermir – VİDEO

Cənubi Koreyanın impiçmentə göndərilən Prezidenti Yun Sok Yolu həbs etməyə çalışan istintaq qrupu çətinliklə üzləşib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

 

Belə ki, Prezidenti həbs etmək üçün onun iqamətgahına gələn müstəntiqlərin önü Yon Sok Yolun tərəfdarları və mühafizə xidməti tərəfindən kəsilib.

 

Son məlumata görə, müstəntiqlər tərəfdarlardan ibarət barrikadaları aşmağa nail olublar. Lakin Sok Yolun mühafizə xidməti həbsin icrasına mane olur.

 

Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib.

 

Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib.

 

Dekabrın 14-də isə Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. Bundan əlavə, Yuna qarşı dövlətə xəyanət ittihamı ilə istintaq başladılıb.


Tacxeber.com

Oxşar xəbərlər