Deputat: “Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir”
“Kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı davamlı olaraq aidiyyəti qurumlar Tarif Şurasına müraciətlər ünvanlayırlar. Əsaslandırmalarda bir sıra məqamlar göstərilə bilər. Bu, həmin qurumların zərərlə işləməsi, yaxud xidmət keyfiyyətinin səmərəli təşkil edilməsi, o cümlədən dünya bazarında baş verən köklü qiymət dəyişikliyi ilə birbaşa bağlı ola bilər. Sadalanan amillərdən hər hansı birinin əsaslandırılması kommunal xidmətlərin qiymətlərinin artırılmasına səbəb olar. Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.