Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır
Suriyanın müvəqqəti hökuməti devrilmiş Əsəd rejimini tərifləyən məzmunu təhsil proqramından çıxarmağa çalışır.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Suriya Xəbər AgentliyiC(SANA) məlumat yayıb.
Xəbərə görə, Suriyada yeni administrasiyanın təhsil naziri Nazir əl-Qədri məktəblərdə tətbiq olunan tədris planında edilən dəyişikliklərlə bağlı açıqlama verib. O, devrilmiş Əsəd rejimini tərifləyən məzmunun tədris proqramından çıxarılması üçün göstərişlər verdiklərini deyib:
“Bütün dərsliklərdə rejim bayrağı yerinə inqilab bayrağının şəkillərindən istifadə etdik”.
Nazir müvafiq dəyişikliklər başa çatana qədər dərsliklərin indki halda qalacağını bildirib.