ABŞ Helsinki Komissiyası “Gürcü Arzusu” məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edir
Bu qanun Gürcüstanın Rusiyapərəst hökumətini qeyri-legitim hesab edir.
ABŞ Helsinki Komissiyasının sədri Co Uilsonun rəhbərliyi ikipartiyalı amerıkalı qanunvericilər qrupu “MEGOBARI Act” (Hesabatlılığın, Davamlılığın və Müstəqilliyin Qurulması üçün Gürcüstanın Bacarıqlarını Səfərbər Etmək və Gücləndirmək Haqqında Akt) qanununun qəbul edildiyini elan edib.
Bundan başqa, “Gürcüstan kabusunun tanınmaması haqqında” qanun təqdim ediləcək. Hər iki qanun layihəsi “Gürcü Arzusu” Partiyasının məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
“Turan” yazır ki, sonuncu qanun Gürcüstanın Rusiyapərəst hökumətini qeyri-legitim hesab edir.
“Hərbi cinayətkar Vladimir Putin Gürcüstanın bir hissəsini ələ keçirib və indi onun qalan hissəsini almaq istəyir”, – Uilson deyib.
Onun sözlərinə görə, “MEGOBARI” Gürcüstanda demokratiyanın, insan hüquqlarının və qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş, ABŞ-nin Gürcüstanın Avroatlantik inteqrasiyasına dəstəyini və Rusiyanın avtoritar rejiminə qarşı çıxdığını təsdiqləyən mühüm qanunverici aktdır.
“Gürcü dilindən tərcümədə “meqobari” “dost” deməkdir və bu qanun layihəsi ABŞ və Gürcüstan xalqı arasında güclü dostluq və tərəfdaşlığı əks etdirir. Bizim əsas vəzifəmiz gürcü kabusunun sona çatmasına nail olmaqdır ki, təcavüzkarlar məhvəri Gürcüstan xalqını terror etməyi dayandırsın”, – ABŞ Helsinki Komissiyasının sədri deyib.
Helsinki Komissiyasının üzvü, konqresmen-demokrat Stiv Koen də bununla razıdır, o bildirib ki, Bidzina İvanişvili Gürcü Arzusunu “gürcü kabusuna çevirib”.
“Korrupsiyaya uğramış İvanişvili və onun Gürcü Kabusu Partiyası Gürcüstanı Rusiyanın müstəmləkəsinə çevirir. Rejimin quldurları sərbəst və ədalətli seçkilər tələb edən etirazçıları dağıdır və həbs edirlər, müstəqil müşahidəçilər isə oktyabr seçkilərini kökündən saxta adlandırırlar. Gürcü xalqı transatlantik yola qayıtmağı tələb edir və biz ona kömək etməliyik. MEGOBARİ qanunu bu yardımı Putinin marionetkalarına qarşı sanksiyalar tətbiq etməklə bu yardımə təmin edir”, – Koen deyib.
MEGOBARİ Gürcü Arzusunun bütün vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edir. Qanun həmçinin Gürcüstanda demokratiya və suverenliyin bərpasından sonra ABŞ və Gürcüstan arasında münasibətlərin dərinləşməsini nəzərdə tutur. Qanun layihəsi Gürcüstanda Rusiya və Çin kəşfiyyat fəaliyyətinin, Gürcüstanda demokratiya və suverenliyi pozmaq üçün Rusiya ilə Çin arasında əməkdaşlığın üzə çıxarılmasını tələb edir.
Tanımamaq aktına gəlincə, müəlliflər izah ediblər ki, Konqres bu qanunları təsdiqlədikdən sonra İvanişvilinin rəhbərliyi altında Gürcüstan “qovulmuş” dövlətə çevriləcək.
Gürcüstanda nə baş verib?
Oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib.
2012-ci ildən ölkəni idarə edən Gürcü Arzusu Partiyası 53,92% səslə qalib gəlib.
Müxalifət koalisiyaları səsvermənin nəticələrini tanımaqdan imtina ediblər.
Zurabişvili yeni parlamenti “qeyri-legitim” adlandırıb və yeni seçkilər keçirilənə qədər istefa verməkdən imtina edib.
Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin oktyabrın 26-da keçirilən və Gürcü Arzusunun qalib gəldiyi parlament seçkilərini Konstitusiyaya zidd kimi tanımaq iddiasını qəbul etməyib.
Baş nazir İrakli Kobaxidze dekabrın 29-da səlahiyyət müddəti bitənə qədər vəzifəsini tərk etmədiyi təqdirdə onu cinayət işi ilə hədələyib.
Bunun fonunda respublikada kütləvi etirazlar davam edir.
Mixail Kavelaşvili Gürcüstanın yeni Prezidenti seçilib, onun andiçmə mərasimi dekabrın 29-da baş tutub. (Meydan.tv)
Tacxeber.com